Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:06

İlham Əliyev Münxendə Avropa Şurasının baş katibi Thorbjørn Jagland ilə görüşüb


Thorbjørn Jagland
Thorbjørn Jagland

-

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Şurasının baş katibi Thorbjørn Jagland ilə görüşüb.

Görüş zamanı Azərbaycanda gedən demokratik proseslər, Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı vəziyyəti müzakirə olunub. Bu haqda president.az məlumat yayıb.

Son bir neçə ayda Jagland Azərbaycanda fəalların təqib olunmasına görə Azərbaycanı dəfələrlə tənqid edib və siyasi məhbusların, o cümlədən İlqar Məmmədovun azad edilməsinə çağırıb.

Bakı tənqidləri qəbul etməyib.

Münhen səfəri zamanı Azərbaycan prezidenti bir sıra dövlət başçıları ilə - Əfqanıstan prezidenti Ashraf Ghani, Finlandiya prezidenti Sauli Niinistö, Makedoniya prezidenti Gjorge Ivanov, Serbiyanın baş naziri Aleksandar Vučić, eləcə də Fransanın müdafiə naziri Jean-Yves Le Drian ilə görüşüb.​

XS
SM
MD
LG