Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:05

Poroshenko: «Təkliflər nəticə verə bilər»


Angela Merkel, Petro Poroshenko və Francois Hollande - 5 fevral 2015
Angela Merkel, Petro Poroshenko və Francois Hollande - 5 fevral 2015

-

Almaniya kansleri Merkel-in və Fransa prezidenti Hollande-ın Ukraynanın şərqindəki münaqişənin nizamlanması ilə bağlı təklifləri nəticə verə bilər.

Bunu təhlükəsizlik konfransında iştirak etmək üçün Münhenə gələn Ukrayna prezidenti Petro Poroshenko deyib.

Məlumatı «Reuters» yayıb. Söhbət Almaniya, Fransa və Rusiya liderlərinin fevralın 6-da Kremldə müzakirə etdikləri təkliflərdən gedir. Almaniya və Fransa rəsmiləri həmin təklifləri iki gün öncə Poroshenko-yla da Kiyevdə müzakirə etmişdilər.

Bir qədər əvvəl Kremldən gələn məlumatda deyilir ki, hazırda münaqişənin həlli ilə bağlı sənədin mətni üzərində iş gedir, burda Minsk razılaşmasının əksini tapacağı güman edilir. Tərəflər son danışıqları konstruktiv adlandırıblar.

XS
SM
MD
LG