Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:13

Fövqəldövlətlər Ukrayna ilə bağlı birgə sənəd hazırlayır


5 saatdan artıq davam edən danışıqlar gecəyarı başa çatıb.​

5 saatdan artıq davam edən danışıqlar gecəyarı başa çatıb.​

-

Rusiya, Fransa və Almaniya Ukraynadakı böhranın nizamlanması ilə bağlı birgə sənədin üzərində işləyirlər. Güman edilir ki, sənəddə Minsk razılaşmasının realizəsi əksini tapacaq.

Bu haqda prezident Putin-in mətbuat katibi Dmitry Peskov Rusiya, Fransa və Almaniya liderlərinin görüşündən sonra deyib. Onun bildirdiyinə görə, bu sənədlə bağlı işlər şənbə günü – fevralın 7-də «normand formatında» aparılan telefon söhbətində yekunlaşdırılmalıdır.

Peskov-un dediyindən bəlli olur ki, sənəddə Ukrayna və Rusiya prezidentlərinin təklifləri əksini tapmalıdır. Bununla belə, müzakirə edilən sənədin təfsilatı açıqlanmır.

Prezidentin mətbuat katibi danışıqları «məzmunlu və konstruktiv» adlandırıb.

BBC-nin məlumatına görə, Almaniya və Fransada da bu danışıqları «konstruktiv» adlandırıblar.

Fevralın 6-da üç liderin Kremldə apardığı danışıqlar 5 saatdan artıq davam edib, yalnız gecəyarı başa çatıb.​

Günün bütün mövzuları

XS
SM
MD
LG