Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38

ABŞ-da 6 mühacir terrorçulara dəstəkdə ittiham olunur


Nyu Yorkda terror qurbanları anılır. Arxiv foto

Nyu Yorkda terror qurbanları anılır. Arxiv foto

-

Fevralın 6-da ABŞ prokurorluğu Bosniya-Herseqovinadan olan altı immiqranta terrorçu qurumları dəstəklədiklərinə görə ittiham irəli sürüb. Onlardan 5-i həbs edilib. İttiham olunanların yaşı 26-42 arasıdır, üçü qadındır.

Onlar pul köçürmələrində, hərbi ləvazimatların, silah-sursat hissələrinin, ilk tibbi yardım çantalarının və başqa şeylərin göndərilməsində ittiham edilirlər. Bütün bunlar Türkiyəyə və Səudiyyə Ərəbistanına göndərilir, oradan da Suriya və İraqdakı Al-Qaeda yaraqlılarına, əl-Nusra cəbhəsinə və İslam Dövlətinə çatdırılırmış. İttihama görə, 6 müttəhim iki ildə minlərlə dollar xərcləyib. Onlar müştərilərlə ünsiyyət qurmaq üçün Facebook və başqa sosial şəbəkələrdən istifadə ediblər.

İmmiqrantlar terrorçulara maddi dəstək göstərməkdə ittiham olunurlar ki, buna görə də onları 15 il həbs gözləyir. Qətldə iştirakda ittiham edilən iki nəfər isə ömürlük azadlıqdan məhrum edilə bilər.

Baş verənləri şərh edən ABŞ ədliyyə nazirinin müavini John Carlin deyib ki, bu həbslər Amerikanın terroru dəstəkləyən hər kəsi məsuliyyətə cəlb etməkdə nə qədər qətiyyətli davrandığını göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG