Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:25

Yenicə peyvənd olunmuş şəxs başqalarını yoluxdura bilər


Foto: Arxiv
Foto: Arxiv

-

Səhiyyə rəsmiləri «Disneylend»də baş verən qızılca olayının günahını uşaqların peyvənd olunmamasında görürlər. (Amerikanın Kaliforniya ştatında son 15 ildə ən çox sayda qızılca xəstəliyinə yoluxma halı qeydə alınıb. Xəstəliyin yayılmasına Anahaym şəhərindəki «Disneylend» əyləncə mərkəzi səbəb olub. «Disneylend»də bir xəstə oğlanın yaydığı virus bir ay ərzində 100-dən çox insanı yoluxdurub). Amma buna baxmayaraq, elmi nəşrdə bildirilir ki, xəstəlik başlanğıc olaraq bu yaxınlarda peyvənd olunmuş şəxsdən keçib.

Elmi sübutlara görə, MMR (qızılca, parotid və məxmərək), rotavirus, suçiçəyi, dolama dəmrov və qrip kimi canlı virus vaksinləri almış insanlar bu virusların bir neçə həftə və ya ay daşıyıcısı olurlar və peyvənd olunmuş və ya olunmamış insanları yoluxdura bilirlər.

Bundan başqa, vaksin almış şəxsdə xəstəliyin simptomları üzdə görünməyə bilər, məsələn, xəstəlik boğazının arxa tərəfində ola bilər və başqasına keçər.

HƏM PEYVƏND OLUNMUŞ, HƏM DƏ OLUNMAMIŞ ŞƏXS YOLUXUR

«Çoxsaylı elmi araşdırmalar göstərib ki, canlı virus vaksini almış uşaqlar bundan sonrakı bir neçə həftə və ya ay ərzində xəstəliyi yaya, başqasını yoluxdura bilər. Bu yolla valideynlər uşaqlarını peyvənd etdirməklə başqalarını risk altında qoymuş olurlar» – aktivist, sənədli film rejissoru Leslie Manookian belə deyir. Manookian-ın mükafata layiq görülmüş sənədli filmində vaksinin təhlükəsizliyindən bəhs olunur.

Yenicə peyvənd olunmuş şəxslə münasibətdə həm peyvənd olunmuş, həm də olunmamış şəxs risk altındadır. Vaksinin uğursuzluğu bir çox hallarda özünü göstərib; vaksinin yaratdığı immunitet daimi deyil və göyöskürək, parotid və qızılca kimi xəstəliklər peyvənd olunmuş insanları da yaxalaya bilir. Qripə qarşı peyvənd almış insanlar təkrar peyvənddən sonra gələcək infeksiyaya qarşı daha həssas olurlar.

İKİ HƏFTƏLİK KARANTİN TƏLƏBİ

«Səhiyyə orqanlarında çalışanlar peyvənd almış istər uşaq, istərsə də böyüklərə qarşı ikihəftəlik karantin tələb etməlidir» – düzgün qidalanma və sağlamlıqla bağlı «Weston A.Price» təşkilatının prezidenti Sally Fallon Morell belə deyir: «Bu, xəstəlik infeksiyasının başqasına, o cümlədən daha əvvəl peyvənd olunmuş birinə ötürülməsinin qarşısını almaq üçün lazım olan minimum vaxtdır».

QORUNMAĞIN ƏN YAXŞI YOLU SAĞLAM İMMUN SİSTEMİDİR

«Weston A.Price» Fondunun açıqlamasına görə, infeksion xəstəliklərdən qorunmağın ən yaxşı yolu A və C vitamini ilə gücləndirilmiş sağlam immun sisteminə malik olmaqdır. Uşaqlar yaxşı qidalananda, infeksion xəstəliklərdən sonra daha asan özlərinə gəlirlər və çox nadir hallarda xəstəlikləri ağırlaşır.

1920-ci ildə qızılca xəstəliyindən ölənlərin sayı 7 min 575 nəfər idisə, 1958-1962-ci illərdə 432-yə düşüb. 1910-cu illərdə hər il bu xəstəlikdən 10 minədək insan tələf olurdu. Bu xəstəliyə qarşı vaksin 1963-cü ildə hazırlanıb. 2005-2014-cü illərdə ABŞ-da qızılcadan ölən olmayıb, 108 nəfər isə MMR vaksinindən dünyasını dəyişib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG