Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:35

Almaniya və Fransa liderləri Rusiya prezidenti Vladimir Putinlə Ukrayana barədə 5 saatdan artıq davam edən söhbətdən sonra mətbuat üçün heç bir bəyanat vermədən Moskvanı tərk ediblər.

Putinin mətbuat katibi bildirib ki, tərəflər Ukrayna münaqişəsinə dair “mümkün birgə sənədin” hazırlanması barədə razılığa gəliblər.

Sözçü deyib ki, hazırda Ukrayna və Rusiya prezidentlərinin təkliflərini birləşdirəcək vahid razılaşma sənədi üzərində iş gedir.

O bildirib ki, liderlər bazar günü telefonla “mümkün sənəd”in son variantını müzakirə edəcəklər. Bu telefon söjhbətində Ukrayna prezidenti Petro Poroshenko da iştirak edəcək.

Jurnalistlər qeyd edirlər ki, Merkel, Hollande və Putin arasında ənənəvi əltutma, qucaqlaşma və təbəssüm olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG