Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:34

Slovakiyada homoseksual nikahların qadağanı üçün referendum keçiriləcək


Slovakiyada referenduma çağıran reklam.

Slovakiyada referenduma çağıran reklam.

Slovakiya homoseksualların hüquqlarını məhdudlaşdıracaq və onların övladlığa uşaq götürməsini qadağan edəcək qanun barədə referenduma hazırlaşır.

İştirakçılara ünvanlanacaq üç sualdan birində onlardan nikahın yalnız qadın və kişi arasında ola biləcəyi barədə soruşulacaq.

Bu referendum barədə qərar ötən il homoseksual nikahları qadağan edən konstitusiya qanununun qəbulundan sonra keçirilir.

Amnesty International insan haqları təşkilatı referendumun keçirilməsini tənqid edib.

Amnesty bildirir ki, qadağan konstitusiya qanununa çevrilərsə, onu gələcəkdə ləğv etmək çox mürəkkəb olacaq.

Müşahidəçilər qeyd edirlər ki, əhalisinin əlksəriyyətini katoliklər təşkil edən Slovakiyada mühafizəkarlar “Qərbin zərərli təsirinin” qarşısını almağa çalışırlar.

Xorvatiyada buna bənzər referendum 2013-cü ildə keçirilib, Macarıstanda isə baş nazir Viktor Orban ailə dəyərlərinin kampaniyasını aparır.

Avropa İttifaqı 28 üzv ölkəyə nikah və övladlığa götürməyə dair qanunlar məsələsində sərbəstlik verib.

Slovakiya referendumunun etibarlı sayılması üçün onda səs hüququ olanların 50 faizindən çoxunun iştirakı zəruridir.

Roma Papası referenduma çərşənbə ibadəti zamanı xeyir-dua verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG