Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

Yəməndə şiə qiyamçılar öz hakimiyyətlərini elan etdilər


Yəməndə şiə qiyamçıların tərəfdarları başlarına Abdel-Malek al-Houthi-nin fotosu olan sarğı bağlayırlar.
Yəməndə şiə qiyamçıların tərəfdarları başlarına Abdel-Malek al-Houthi-nin fotosu olan sarğı bağlayırlar.

Yəməndəki şiə Huti hərəkatının qiyamçıları hakimiyyəti ələ aldıqlarını və parlamenti buraxdıqlarını elan ediblər.

Televizya ilə yayılmış bəyanatında qrup bəyan edib ki, keçid dövrü üçün beş nəfərdən ibarət şura prezidentin səlahiyyətlərini icra edəcək.

Qrup ilk dəfə ötən sentyabrda paytaxt Sanaa üzərində nəzarətə sahibləndikdən sonra bu ilin yanvarında prezident Abed Rabbo Mansour Hadi istefaya məcbur olmuşdu.

Huti hərəkatı ölkəni təlatümdən çıxarmaq üçün bütün siyasi partiyaları bir araya gəlməyə çağırıb və bildirib ki, əks təqdirdə “başqa cür hərəkət” edəcək.

Bir sıra təhlilçilər bildirirlər ki, bu hadisə Yəməndə Huti çevrilişinin başa çatmasını göstərir və ölkəyə müəyyən müddətdə sabitlik gətirə bilər.

Lakin bu da xəbər verilir ki, onların hakimiyyəti ölkənin sünni və cənublu liderləri tərəfindən tanınmayacaq və Yəməni parçalanmaya sürükləyəcək.

ABŞ Huti hərəkatını tənqid edir.

XS
SM
MD
LG