Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:23

İD bildirib ki, İordaniyanın hava zərbələrində ABŞ-lı qadın girov həlak olub


İordaniya qırıcıları.
İordaniya qırıcıları.

İslam Dövləti təşkilatının yaraqlıları iddia edirlər ki, guya İordaniyanın edam edilmiş pilotunun qisası üçün keçirdiyi hava zərbələri zamanı Suriyadakı amerikalı girov qadın öldürülüb.

İD öldürülmüş qadının humanitar yardım işçisi Kayla Jean Mueller olduğunu iddia edib.

Qrup iddiasının təsdiqi üçün Raqqada hava zərbəsinə məruz qalmış yerin şəklindən başqa heç bir dəlil-sübut göstərməyib.

Ağ Ev bu xəbərdən son dərəcə narahatlıq keçirdiyini bildirib, lakin əlavə edib ki, hazırda xəbərin həqiqiliyini yoxlamaqdadır.

Şimali Arizona Universitetinin məzunu, 26 yaşlı xanım Mueller qaçqınlarla işləmək üçün Türkiyə-Suriya sərhədinə ilk dəfə 2012-ci ildə gəlib.

O növbəti il Hələbdə işləyərkən oğurlanıb.

İD-in bəyanatında iddia edilir ki, xanım Mueller-in saxlandığı bina hava zərbələri zamanı dağıdılıb.

Əgər onun ölümü barədə xəbər doğrudursa, bu, İD-in əsirliyində öldürülmüş dördüncü amerikalı girov olacaq.

Müxbirlər bildirirlər ki, İD belə bir xəbəri Amerika koalisiyasında öz pilotunun öldürülməsindən sonra fəallaşmış İordaniyanın əl-ayağını soyutmaq və ya koalisiyaya nifaq salmaq üçün də yaya bilərdi.

Onlar bildirirlər ki, ola bilsin, İD qadın girovu əvvəlki girovlar kimi vəhşicəsinə öldürməmək üçün bu vasitəyə əl atıb.

Media xəbər verir ki, səbəbin nə olmasından asılı olmayaraq, bütün bunlar çətin ki, gənc qadının valideynləri üçün təskinlik olsun.

İordaniya bəyan etmişdi ki, ötən cümə axşamı Suriyadakı İD mövqelərinə hava reydini cihadçıların diri-diri yandırdıqları İordaniya pilotu Moaz al-Kasasbeh-in qisasını almaq üçün keçirib.

İordaniya televiziyası hava zərbələrinin aerogörüntülərini yayınlamışdı.

İordaniyanın xarici işlər naziriNasser Judeh bildirmişdi ki, cümə axşamı keçirilmiş hava reydi “yalnız başlanğıcdır”.

Bəzi təhlilçilər İordaniyanın simasında ərəb ölkəsinin ABŞ koalisiyasında belə fəallaşmasından narahat olduğunu düşünürlər.

XS
SM
MD
LG