Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

Məşhur aktyorun maşını hərracda €14 milyona satıldı


Alain Delon qızı ilə

Alain Delon qızı ilə

-

Məşhur fransız aktyoru Alain Delona məxsus olmuş "Ferrari" hərracda 14,2 milyon avroya satıldı.

"Ferrari"nin bu modeli (SWB 250 California Spider) 1953-cü ildən 1964-cü ilə qədər buraxılıb.

Ən uğurlu və simvollaşmış model sayılır.

Hərracda qiymət 6 milyon avrodan başlanıb.

Aktyorun özü maşını daha baha satmaq üçün onun adından istifadə edilməsindən çox narazı qalıb.

Delon bu idman avtomobili 1963-cü ildə, baş rolda çəkildiyi "Leopard" filmi Kann Festivalında "Qızıl palma budağı"na layiq görüləndən sonra almışdı.

O, 1965-ci ildə ABŞ-a çəkilişlərə gedəndə də bu maşını özüylə aparmışdı.

1961 250 GT California Spyder (WikiPedia)

1961 250 GT California Spyder (WikiPedia)

Günün bütün mövzuları

XS
SM
MD
LG