Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:48

Ukrayna böhranı Münhen konfransının əsas müzakirə mövzusudur


Foto arxiv

Foto arxiv

-

Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında Ukrayna böhranının əsas müzakirə mövzusu olacağı gözlənilir.

3 günlük konfransda onlarla dünya lideri, nazirlər və digər rəsmilər iştirak edir.Konfransda Almaniyanın müdafiə naziri Ursula von der Leyen və NATO-nun baş katibi Jens Stoltenbergin çıxışı olacaq.NATO-nun baş komandanı amerikalı general Filip Bridlav da Ukrayna münaqişəsi ilə bağlı müzakirələrə qatılacaq.

Almaniyanın kansleri Angela Merkellə, Fransa prezidenti Francois Hollande fevralın 5-də Kiyevdə Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüblər.

Fevralın 5-də isə onların Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub

Məqsəd Ukraynanın şərqindəki münaqişəni diplomatik yolla həll etməkdir.

Rusiyanın Avropanın xəritəsini dəyişməsinə yol vermək olmaz.

“Ukrayna ölkənin Şərqində Rusiyanın iştirakı ilə genişlənən münaqişə şəraitində sağ qalmaq uğrunda vuruşur”.

Bunu fevralın 6-da ABŞ-ın vitse-prezidenti Joe Bden bəyan edib.

O BrüsseldəAvropa Şurasının rəhbəri Donald Tuskla görüşdə bildirib ki, Rusiya Ukraynanın şərqinə muzdlular və tanklar göndərməklə münaqişəni qızışdırmaqda davam edir. Biden qeyd edib ki, Rusiyanın Avropanın xəritəsini dəyişməsinə imkan vermək olmaz. Avropa birlikdə və möhkəm olmalıdır.

Debaltsevodan dinc sakinlər çıxarılır.

Ukrayna hökuməti ilə rusiyapərəst separatçılar Debaltsevo şəhərində atəşin müvəqqəti dayandırılması barədə razılıq əldə ediblər. Məqsəd dinc sakinləri şəhərdən çıxarmaqdır.

Ukrayna daxili işlər nazirliyinin nümayəndəsi Vyacheslav Abroskinin sözlərinə görə atəşkəs dekabrın 6-sı saat 10-dan axşam saat 17-dək qüvvədə olacaq.Reutersin məlumatına görə, artıq onlarla avtobus ATƏT-in nümayəndələrinin müşahidəsi ilə şəhərə doğru hərəkət edir.

Son günlər Ukrayna ordusunun nəzarətində olan Debaltsevo şəhəri uğrunda ağır döyüşlər gedir.Şəhərdə su, istilik və işıq yoxdur.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5300-dən çox adam ölüb.

Rusiya səyyar ballistik raketlərini patrul rejiminə keçirib.

Risiyanın 6 regionunda səyyar ballistik raket qurğuları hərbi patrulrejiminə gətirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Strateji Raket Qüvvələri üzrə sözçüsü polkovnik Igor Yegorov məlumat verib.

Söhbət “Topol”, “Topol M” və “Yars” mobil raket qurğularından gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG