Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:53

Həbsdə olan Lamiyə Quliyeva ilə bağlı cinayət işi icraata verilib


Lamiyə Quliyeva
Lamiyə Quliyeva

Hazırda həbsdə olan Lamiyə Quliyeva ilə bağlı cinayət işi icraata verilib.

APA-nın məlumatına görə, iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin icraatına verilib və yaxın günlərdə məhkəmənin vaxtı məlum olacaq.

Fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində cinayət işi ilə bağlı protest verib və Xətai Rayon Məhkəməsi işə baxılması barədə qərar qəbul edib.

Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib.

O, keçmiş nişanlısı Vüqar Əliyevlə birlikdə 2003-cü ilin mayında Şəmkirin icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirli biliniblər.

Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilib.

2010-cu ildə isə Lamiyə Quliyevanın cəzası həbsxana və ya istintaq təcridxanasının fəaliyyətini pozma maddəsi ilə 5 il 6 ay artırılıb.

Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir.

Qeyd edək ki, prokurorluğun verdiyi protest sonuncu cəza ilə bağlıdır.

Lamiyə Quliyevanın bir müddət əvvəl həbsxanada uşaq dünyaya gətirməsi qalmaqala səbəb olub.

XS
SM
MD
LG