Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

Tayvanda təyyarə qəzasına səbəb mühərriklərin sıradan cıxması olub


Tayvanda təyyarə qəzası

Tayvanda təyyarə qəzası

Martın 4-də Tayvanda sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb mühərriklərinin ikisinin də sıradan cıxması olub.

Bu barədə fevralın 6-da aviasiya məsələləri üzrə yerli şuranın nümayəndələri məlumat yayıb.

Ekspertlər bu qənaətə təyyarənin qara qutularını araşdırdıqdan sonra gəliblər.

TransAsia hava şirkətinə məxsus ATR-72 təyyarəsi fevralın 4-də paytaxt Taybeydə havaya qalxdıqdan dərhal sonra çaya düşüb.

Təyyarədə 58 sərnişin və 5 heyət üzvü olub.

Son məlumata görə, 35 nəfər ölüb, 15 nəfər xəsarət alıb, qalan sərnişinlər isə itgindüşmüş hesab olunur.

ATR-72 təyyarəsi Fransa-İtaliya istehsalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG