Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:03

Ələsgər Məmmədli: «Bəlkə bu addım efirdə bayağılığa son qoyar»


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

-

Azərbaycanda teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, o cümlədən teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar sərtləşdirilir.

apa-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin fevralın 6-da keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 187-1 və 187-2 maddələrinə dəyişiklik müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, 187-1 (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması) və 187-2 (Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması) maddəsinə edilən dəyişikliyə əsasən, göstərilən cəzalar vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manatadək tətbiq edilir.

Hər iki maddənin hazırkı sanksiyası vəzifəli şəxslər üçün 300 manatdan 500 manatadək, hüquqi şəxslər üçün isə 1000 manatdan 2000 manatadəkdir.

«QHT-LƏRLƏ MÜQAYİSƏDƏ BU CƏRİMƏLƏR ÇOX AZDIR»

Media üzrə hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna deyib ki, qeyri-hökumət təşkilatları ilə müqayisədə televiziya və radio qurumları üçün bu cərimələr çox azdır:

«İndiki halda bu cərimələr 300 manatdan, 1000 manatdan başlayır. Halbuki QHT-lərlə bağlı cərimələr son illər 150 dəfə artırılıb, söhbət 6000 manatdan, 15000 manatdan gedir».

Hüquqşünas deyir ki, cəzaların ədalətli balansını qorumaqdan ötrü teleradio sahəsində də cərimələrin məbləği artırılır.

«Amma bu onlara ciddi problem yaratmır, elə də ciddi cəza deyil» deyən hüquqşünas ümid etmək istəyir ki, bəlkə bu addım televiziyalarda bayağılığa, tamaşaçıya hörmətsizliyə son qoyar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG