Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:48

Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılır


Milli Məclis
Milli Məclis

Fevralın 6-da Milli Məclisin Mədəniyyət komitəsində “Televiziya və radio yayımı haqqında” qanunun 16-cı və 23-cü maddələrinə dəyişikliklər müzakirə edilib.

Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki, mövcud qanunvericiliyə görə, daha çox məhkəməyə müraciət olunur, amma yeni təklifdə teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət olunması nəzərdə tutulur.

23-cü maddəyə təklif olunan dəyişikliyə görə isə, teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini pozduqda, lisenziyanın qüvvəsi və ya proqramın yayımı Milli Televiziya və Radio Şurası tərəfindən bir ayadək müvəqqəti dayandırıla bilər.

Hazırda qüvvədə olan qanuna görə isə lisenziyanın qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək dayandırıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

XS
SM
MD
LG