Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:13

«Qərib Məmmədov işsiz qaldı»


Qərib Məmmədov
Qərib Məmmədov

-

Bu gün medianın diqqət yetirdiyi bir mövzu da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi haqda prezident fərmanıdır. Qafqazinfo «Qərib Məmmədov işsiz qaldı» başlıqlı məqalədə yazır:

«Fərmana əsasən, Komitənin səlahiyyətlərinin əsas hissəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir qismi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Bu situasiyada ictimaiyyəti maraqlandıran məsələ ləğv edilən Komitə sədri Qərib Məmmədovunun taleyinin necə olacağı ilə bağlıdır. O, 1997-ci ildən bəri sözügedən Komitəyə rəhbərlik edib. Mediada bir neçə dəfə Qərib Məmmədovun iqtidar tərəfindən vurulacağı ilə anonslar da verilmişdi. Onun hakimiyyət düşərgəsində oliqarx məmur hesab olunmadığı qeyd olunurdu.

Maraqlıdır ki, aparılan struktur dəyişikliyi nəticəsində Qərib Məmmədov Əmlak Məsələləri üzrə Dövlət Komitəsi nəzdində yaradılacaq şöbəyə rəhbərlik edəcək, yoxsa tamamilə işdən azad edilib?

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Komitənin ləğv edilməsi nəticəsində Qərib Məmmədov faktiki olaraq işdən çıxarılıb. Eyni zamanda bunu Komitənin rəhbərliyindən narazılıqla əlaqəli olduğunu düşünmədiyini də dilə gətirib:

«Qərib Məmmədov dövlətçiliyə sadiq bir insan kimi, sadə insanlarla arasında hər zaman hörmət yaratmağı bacarmışdı. Parlamentdən vətəndaşların məsələləri ilə bağlı etdiyimiz müraciətlərə hər zaman operativ və həminin, xeyirxah, alicənab bir münasibətin şahidi olmuşduq. O, ictimai rəydə müsbət bir insan kimi xarakterizə olunurdu və həqiqi əqidə sahiblərindən, gerçək heydər əliyevçilərdən biri sayılırdı. Lakin hansısa qurumlar arasında vahid dövlət orqanı yaradılması qərarı Prezidentin kompetensiyasıdır».

Z.Oruc Komitənin ləğvini struktur islahatlarının tərkib hissəsi kimi dəyərləndirərək buna qədər də funksiyaları yaxın olan dövlət orqanları arasında belə birləşmələrin həyata keçirildiyini qeyd edib.

Millət vəkili qeyd edib ki, bu strukturlaşmanın dünya bazarında neftin qiymətlərinin düşməsi, büdcə vəsaitlərinin məhdud olması ilə heç bir bağlılığı yoxdur:

«Büdcədə nəzərdə tutulmuş vəsaitlər Əmlak Komitəsinə yönəldiləcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG