Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:16

Debaltsevo sakinlləri köçürülür


Debaltsevo
Debaltsevo

Ukrayna hökuməti ilə rusiyapərəst separatçılar Debaltsevo şəhərində atəşin müvəqqəti dayandırılması barədə razılıq əldə ediblər.

Məqsəd dinc sakinləri şəhərdən çıxarmaqdır.

Ukrayna daxili işlər nazirliyinin nümayəndəsi Vyacheslav Abroskinin sözlərinə görə atəşkəs dekabrın 6-sı saat 10-dan axşam saat 17-dək qüvvədə olacaq.

Reutersin məlumatına görə, artıq onlarla avtobus ATƏT-in nümayəndələrinin müşahidəsi ilə şəhərə doğru hərəkət edir.

Son günlər Ukrayna ordusunun nəzarətində olan Debaltsevo şəhəri uğrunda ağır döyüşlər gedir.

Şəhərdə su, istilik və işıq yoxdur.

Bəzi məlumatlara görə qonşuluqda yerləşən Uqleqorsk şəhəri də köçürüləcək və sakinlər onların öz istəyi ilə Ukrayna ordusunun nəzarətində olan Artyomsk və ya Donetsk şəhərinə göçürüləcəklər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5300-dən çox adam ölüb.

XS
SM
MD
LG