Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:23

Çin Obamanın Dalai Lama-nı salamlamasını pisləyir


Dalai Lama Vaşinqtondakı tədbirdə
Dalai Lama Vaşinqtondakı tədbirdə

-

Çin deyir ki, xarici ölkələrin Dalai Lama-nı qəbul etməsinə qarşıdır. ABŞ prezidenti Barack Obama fevralın 5-də Tibetin dini lideri ilə bir tədbirdə olub.

Xarici İşlər Nazirliyinin sözçüsü Hong Lei fevralın 6-da jurnalistlərə deyib ki, Pekin "Çinin daxili işlərinə qarışan xarici ölkələrə qarşı çıxır".

Onun sözlərinə görə, Dalai Lama "uzun müddətdir din pərdəsi altında anti-Çin separatçı fəaliyyəti ilə məşğuldur".

Obama Vaşinqtonda səhər yeməyində Dalai Lamanı "yaxşı dost" adlandırıb. Həmin görüşdə 3.600 siyasi və dini lider iştirak edib.

XS
SM
MD
LG