Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:30

-

Zimbabve prezidenti, bu yaxınlarda Afrika Birliyinin (AU) sədri seçilmiş Robert Mugabe fevralın 4-də paytaxt Hararedə çıxış edirmiş. Podiumdan düşəndə ayağı büdrəyir və yıxılır. Bu kadr lentə alınır.

«The Washington Post» yazır ki, 90 yaşlı adamın büdrəməsi başadüşüləndir, ancaq anlaşılmayan Zimbabve hökumətinin bunu sonradan təkzib etməsidir.

«Heç kəs prezidentin yıxılmasına dəlil göstərə bilməz», - informasiya naziri Jonathan Moyo «Zimbabwe Herald» dövlət qəzetinə deyib. «Prezidentin büdrədiyi yerdə xalçanın iki hissəsinin birləşməsi yaxşı hamarlanmamışdı. Düzünü desəm, siz, nəinki siz, lap İsa peyğəmbərin özü də büdrəyərdi».

Beynəlxalq media, «Associated Press» agentliyi həmin anı tutub və kadr dünyaya yayılıb. Yerli fotoqraflar isə iddia edirlər ki, Mugabe-nin təhlükəsizlik xidməti onları həmin fotoları silməyə məcbur edib. Ancaq «twitter» istifadəçiləri bu hadisəyə yumorlar cavab verib: #MugabeFalls haştaqı ilə fotolar düzəldilir və yayılır.

«The Washington Post» yazır ki, birinci dəfə deyil Mugabe-nin səhhəti barədə informasiyalara rəsmilər belə narahatlıqla yanaşır. Zimbabve liderinin fevralda 91 yaşı tamam olur. 35 ildir prezidentdir və o, beynəlxalq ictimaiyyətin rədd etdiyi bir şəxsə çevrilib:

«O, vəzifədən gedəndən sonra nə baş verəcəyi aydın deyil, səhhəti barədə məlumatlara da Zimbabve hökuməti dövlət sirri kimi yanaşır. Məsələn, 90 yaşı olanda, sözçüsü onun tez-tez Sinqapura yoğun bağırsaq xərçəngindən müalicəyə getməsi barədə məlumatları yalan adlandırıb».

Mugabe-nin özündən cümə axşamı əhvalını soruşublar, deyib ki, «yaxşıyam, sadəcə ayağım sürüşmüşdü». Məlumatı «Zimbabwe Herald» yayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG