Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:17

-

Məlumatlara görə, ABŞ və İran diplomatları fevralın 7-də Münhendə danışıqlar aparacaq. Məqsəd İrana sanksiyaların yumşaldılması əvəzində Tehranın nüvə proqramını məhdudlaşdırmasına nail olmaqdır.

Dövlət departamentinin rəsmisi fevralın 5-də deyib ki, Dövlət katibi John Kerry iranlı həmkarı Mohammad Javad Zarif ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcək, "hazırda gedən nüvə danışıqlarını müzakirə edəcək".

İki diplomat ötən ay Cenevrədə təkbətək görüşüb. Qərb əmin olmaq istəyir ki, İran nüvə silahı hazırlamır. Tehran isə iqtisadiyyatına ziyan vuran sanksiyaların bitməsinə çalışır.

Altı dövlət və İran martadək siyasi çərçivə razılaşması, iyunun 30-dək isə tam saziş əldə etməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG