Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:29

Bosniya polisi İD bayraqları asılmış kənddə reyd keçirib


Gornja Maoca vəhhabi kəndindən foto
Gornja Maoca vəhhabi kəndindən foto

-

Bosniya polisi bir kənddə bir neçə evin üzərində İslam Dövləti (İD) silahlı qruplaşmasının bayraqlarının asılması barədə məlumat alıb və həmin kənddə reyd keçirib. Polisin sözçüsü eyib ki, "asılan bayraqlar yığışdırılıb". Reyd fevralın 5-də şimalşərqi Gornja Maoca kəndində baş tutub.

Fevralın 4-də yerli televiziya bir evin damında yellənən ağ-qara İD bayrağını göstərib. Gornja Maoca kəndi Brcko şəhəri yaxınlığında yerləşir. Vəhhabi kəndi sayılan bu ərazidə son illər polis bir neçə dəfə əməliyyat keçirib.

Bosniya kəşfiyyatı İraq və Suriyada 150 bosniyalının döyüşdüyünü bildirir.

XS
SM
MD
LG