Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:50

Almaniya və Fransa liderləri Moskvaya sülh planı ilə gedir


Fevralın 5-də keçirilmiş görüşdən sonra
Fevralın 5-də keçirilmiş görüşdən sonra

-

Fevralın 6-da Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande Moskvada Rusiya prezidenti Vladimir Putinə Ukrayna üzrə yeni sülh planı təqdim edəcəklər. İki lider fevralın 5-də Kiyevdə Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüblər.

Planın detalları bəlli deyil, ancaq Poroshenko deyib ki, plan Ukraynanın şərqində "atəşkəsə ümid" yaradır. Ötən ilin aprelindən davam edən münaqişədə 5 min 350 nəfər həlak olub.

Poroshenko ilə danışıqlardan sonra ABŞ Dövlət katibi John Kerry deyib ki, Vaşinqton diplomatiya tərəfdarıdır, ancaq sərhədi keçən Rusiya tankları və əsgərlərinə "göz yummayacaq".

Onun sözlərinə görə, ABŞ prezidenti Barack Obama tezliklə Ukraynaya döyüş silahlarının verilməsi məsələsində qərar verəcək. Moskva bildirib ki, ABŞ-ın Kiyevə göndərəcəyi istənilən silahlı təhlükəsizliyə hədə sayacaq.

XS
SM
MD
LG