Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:30

Yunanıstan və Almaniya razılığa gələ bilmədilər


Yanis Varoufakis (sağda) və Wolfgang Schaeuble, 5 fevral 2015

Yanis Varoufakis (sağda) və Wolfgang Schaeuble, 5 fevral 2015

-

"Yunanıstana verilmiş borcun bir hissəsi silinsin, yoxsa ölkədə nasizm güclənəcək".

Bu xəbərdarlığı alman həmkarı ilə görüşdə Yunanıstanın maliyyə naziri Yanis Varoufakis edib.

Onlar Berlindəki danışıqlarda razılığa gələ bilməyiblər.

Almaniyanın maliyyə naziri Wolfgang Schäuble bir daha təkrar edib ki, Yunanıstanın borcu silinməyəcək. Çünki hər bir ölkə öz səhvlərinə görə cavabdeh olmalıdır.

Yunanıstanlı nazir xəbərdarlıq edib ki, hazırda ölkədəki üçüncü ən böyük partiya neo-nasist yox, nasist partiyasıdır.

O, populyarlığı getdikcə artan “Qızıl dan” Partiyasını nəzərdə tutur.

Nazir hətta Almaniyanı öz tarixinə nəzər yetirərək Yunanıstanı anlamağa çağırıb. 30-cu illərdə maliyyə böhranından istifadə edib hakimiyyət gəlmiş nasistləri misal çəkib.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstanı müflis olmaqdan xilas etmək üçün ona 240 milyard avroluq borc verməyə boyun olub.

Və Yunanıstan hökuməti maaş və pensiyaları azaltdıqca, büdcədə ixtisarlar apardıqca həmin borcu hissə-hissə verməkdədirlər.

Afinada divara yazılmış şüar: "Beynəlxalq Valyuta Fondu borcumuzun bir hissəsini sil".

Afinada divara yazılmış şüar: "Beynəlxalq Valyuta Fondu borcumuzun bir hissəsini sil".

Yunanıstanda hakimiyyətə gəlmiş Syriza Partiyası deyir ki, ölkə heç zaman bu qədər borcun altından çıxa bilməyəcək.

Wolfgang Schäuble isə israr edir ki, Yunanıstanda son illər aparılmış islahatlar bəhrəsini verir və ölkə yavaş-yavaş böhrandan çıxır.

Yunanıstana verilən borcun böyük hissəsini Almaniya təmin edib. Almaniyanın özündə də xarici ölkəyə bu qədər borc verilməsi, yardım göstərilməsinə etiraz edənlər var.

Yunanıstandakı yeni hökumət sərt danışdıqca Avropa Mərkəzi Bankı da mövqeyindən çəkilməyəcəyini nümayiş etdirir və artıqyunan banklarına kredit verilməsi şərtlərini sərtləşdirib.

Bu isə insanların yunan banklarından öz əmanətlərini çıxara biləcəyi təhlükəsi yaradıb. Yunanıstanın Mərkəzi Bankının rəhbəri Yannis Stournaras deyib ki, AMB öz qərarını ləğv edə bilər, əgər hökumət Avropa Birliyi rəhbərliyi ilə razılığa gələrsə...

Yunanıstan alternativ variant kimi Rusiya ilə əlaqələrin sıxlaşdırılmasını da nəzərdən keçirir.

Putin Yunanıstanın yeni baş nazirini mayda Rusiyaya dəvət edib...

Yunanıstandakı “Qızıl dan” Partiyası nasist və ksenofob olduğunu inkar edir. Amma partiya liderləri yunan diktatoru Ioannis Metaxas-ın 4 Avqust rejiminə (1936–1941) heyranlıqlarını bildirirlər.

Bundan başqa onlar əvvəllər dəfələrlə nasist Almaniyasının liderləri haqda xoş sözlər işləiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG