Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:47

Türkiyə hökuməti müxalif İslam vaizi Fethullah Gülen-in Hizmet hərəkatına yaxın sayılan Bank Asyanın rəhbərliyinin dəyişdirilməsi üçün ölkənin banklara nəzarət edən qurumuna müraciət edib.

Türkiyə rəsmiləri həmçinin bildiriblər kİ, Ankara 1999-cu ildən bəri Birləşmiş Ştatlarda yaşayan Fethullah Gülen-in Türkiyə pasportunu ləğv edib.

Türkiyə banklarının işini tənzimləyən BDDK adlı qurum Bank Asyanı fəaliyyətinin şəffaf olmamasında günahlandırıb.

“Financial Times” qəzeti yazır ki, Bank Asyanın 1996-cı ildə keçirilmiş açılış mərasimində Fethullah Gülen də iştirak etmişdi.

Ölkə rəhbərlyinin Fethullahçı hərəkatla qarşıdurmasına görə bank öz səhmdarlarını itiriməyə başlamışdı.

Maliyyə Nazirliyi bankın rəhbərliyinin dəyişdirilməsinin arxasında heç bir siyasi motivin olmadığında israr edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG