Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:56

Türkiyədə ilk İD şübhəlisi həbs edilib


Türkiyədə İslam Dövləti təşkilatı ilə bağlı olmaqda şübhəli bilinən ilk şəxs həbs edilib

“Radikal” internet qəzetinin yazdığına görə Ankaradan olan Musa Göktaş ötən ilin oktyabrında 15 yaşlı ekiz oğlanları ilə cihadçılara qoşulmaq məqsədilə Suriya sərhədini keçib.

Göktaş geri qayıdarkən avtobus yoxlaması zamanı Qazıyantepdə həbs olunub.

“Radikal” yazır ki, Göktaş Türkiyəyə qayıdıb evini satmaq və borclarını qaytarmaq niyyətində imiş.

Xəbər verilir ki, 38 yaşlı ata iki oğlu ilə cihadçılar üçün ayı 90 dollar maaşa aşpazlıq edirmiş.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə Suriyada cihadçıların sırasında 700-dək Türkiyə vətəndaşının olduğu təxmin edilir.

XS
SM
MD
LG