Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:49

Lermontovu öldürən şairin şeirləri


Nikolai Martynov
Nikolai Martynov

-

Məşhur rus şairi Lermontovu dueldə öldürən Nikolai Solomonovich Martynovun özü də şair idi.

O, zəngin Martınovlar nəslinin nümayəndəsi idi. Ailəsinin Moskva yaxınlığında malikanəsi vardı.

Martınov yaxşı təhsil almışdı. Yetərincə mütaliəli insan idi, gənc yaşlarından şeir yazırdı.

O, demək olar ki, Lermontovla eyni vaxtda yunker məktəbinə daxil olmuşdu. Orda Lermontovla birlikdə qılıncoynatma dərslərində iştirak etmişdi. Onlar birlikdə yunkerlərin ədəbiyyat jurnalında çalışmışdılar. Zarafatları vardı.

Bir müddət kavalerqard polkunda xidmət edəndən sonra Martınov könüllü şəkildə Qafqaza yollanmış, Kuban ekspedisiyasında iştirak etmişdi.

3-cü dərəcəli, bantlı Müqəddəs Anna ordeninə layiq görülmüşdü. Lermontovla mübahisəsi düşən zaman artıq istefada olan mayor idi.

Qafqazı sevən, humanist Lermontovdan fərqli olaraq Martınovun, iştirak etdiyi cəza əməliyyatları haqda şeirlərində qafqazlılara açıq-aşkar həqarət hiss olunur:

Горит аул невдалеке...

Там наша конница гуляет,

В чужих владеньях суд творит,

Детей погреться приглашает,

Хозяйкам кашицу варит.

На всем пути, где мы проходим,

Пылают сакли беглецов.

Застанем скот — его уводим,

Пожива есть для казаков.

Поля засеянные топчем,

Уничтожаем все у них...

Мы их травили по долинам

И застигали на горах...

Nikolai Martynov
Nikolai Martynov

Bu da onun “Dağ nəğməsi”ndə ifadə etdiyi arzusu:

Я убью узденя!

Не дожить ему дня!

Дева, плачь ты заране о нем!..

Как безумцу любовь,

Мне нужна его кровь,

С ним на свете нам тесно вдвоем!..

Martınovun şeirləri və nəsr əsərləri çox deyil. Onun “Gerzel aul” poemasında Lermontovun “Valerik”inin təsirləri və Lermontovla polemikası hiss olunur.

Martınovun “Quaş” povestində də yenə də Lermontov və onun “Zəmanəmizin qəhrəmanı” ilə polemika nəzərə çarpır.

«…Onun şeirləri o dövrdə çap edilən sıradan şeirlər arasında özünə yer tapa bilərdi. Şeirlərinin dili axıcıdır, qafiyə və ritm demək olar ki həmişə yerindədir. Bəzən Martınov dərin düşüncələrə də meyl edir», — deyə araşdırmaçı O.P.Popov qeyd edir. Bununla yanaşı onun mətnlərində lovğalıq, başqalarının fikirlərinə dözümsüzlük, müəyyən mənada xarakterindəki qəddarlıq hiss olunur.

Deyilənə görə, Lermontov daim Martınovun romantik “nəsri” ilə məzələnirdi. Ona həqarətlə “Martış” deyirdi.

Hətta yazdığı bir epiqramda Martınovun deyilənə görə, əslən yəhudi olmasına işarə edir:

Он прав! Наш друг Мартыш не Соломон,

Но Соломонов сын,

Не мудр, как царь Шалима, но умен,

Умней, чем жидовин.

Тот храм воздвиг, и стал известен всем

Гаремом и судом,

А этот храм, и суд, и свой гарем

Несет в себе самом.

Başqa bir epiqramında isə Lermontov Martınovun Qafqaz ekspedisiyası zamanı açıq döyüşdən yayınması haqda gəzən söz-söhbətlərə eyham vurur:

Скинь бешмет свой, друг Мартыш,

Распояшься, сбрось кинжалы,

Вздень броню, возьми бердыш

И блюди нас, как хожалый!

Lermontovun karandaşla çəkilmiş şəkli, 1840
Lermontovun karandaşla çəkilmiş şəkli, 1840

Lermontov “Martış”ı çağırır ki, əyninə geydiyin o qafqazlı paltarını çıxar, yəni səndən döyüşçü olmaz, rus zirehinə bürün və gecələr bizim keşiyimizi çək.

Martınovun da Lermontovu arvadbaz kimi təqdim edən epiqramı var:

Mon cher Michel!

Оставь Adel...

А нет сил,

Пей элексир...

И вернется снова

К тебе Реброва.

Рецепт возврати не иной

Лишь Эмиль Верзилиной.

Məclislərin birində musiqi qəfil kəsiləndə Lermontovun Martınov haqda təhqiramiz replikasının sonunu hamı eşidir.

Martınov Lermontovu duelə çağırır və 1841-ci il iyulun 15-də (27-də) axşam saat 6-da Lermontov dueldə ölümcül yaralanır.

Mübahisənin, duelin detalları gizlədildiyi, Martınov və sekundantların məhkəmədə dedikləri təhrif edildiyi üçün bu məsələ hələ də sirr olaraq qalır.

Deyilənə görə, Lermontov dueldə Martınova güllə atmaqdan imtina edib (yaxud havaya atəş açıb).

Başqa bir versiyaya görə isə Martınov üsyankar şairə qarşı Peterburqdan sifarişi gələn sui-qəsdin icraçısı olub.

Hətta belə bir versiya da var ki, guya şairi Martınov yox, kolluqdan atəş açan snayper öldürüb.

Duelə görə Martınov hərbi-səhra məhkəməsi tərəfindən rütbəsindən və mülkiyyət hüququndan məhrum edilmiş, amma sonradan I Nikolayın təsdiq etdiyi son hökmə görə cəzası qaupvaxtada 3 aylıq həbs və Kiyevə sürgünlə əvəzlənmişdi.

XS
SM
MD
LG