Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Yaltada Churchill, Roosevelt və Stalinə abidə açılıb


"Böyük üçlük" abidəsi və Sergey Narishkin.

"Böyük üçlük" abidəsi və Sergey Narishkin.

Rusiya tərəfindən ilhaq edilmiş Krımda anti-Hitler koalisiyasının Yalta konfransının 70 illiyi münasibətilə “Böyük üçlük” abidəsinin açılış mərasimi olub.

Mərasimə Rusiya Dövlət Dumasının sədri Sergey Narıshkin sədrlik edib.

Zurab Tseretelinin müəllifi olduğu bu abidə 1945-ci ildə konfransın keçirildiyi Livadiya sarayının qarşısında açılıb.

Heykəltəraş öz əsərini Krıma 2005-ci ildə bağışlamışdı.

Lakin həmin vaxt abidənin məqsədəuyğunluğu debatlara səbəb olmuş, nəticədə abidə açılmamışdı.

Böyük Britaniyanın baş naziri Winston Churchill, ABŞ prezidenti Franklin Roosevelt və sovet lideri İosif Stalin Livadiya sarayında 1945-ci ilin 4-11 fevralında görüşmüşdülər.

Bu konfransda Polşanın Sovet nüfuz dairəsinə verilməsi, Almaniyanın sektorlara bölünməsi kimi ziddiyyətli razılaşmalar əldə olunmuşdu.

Ukrayna hökuməti abidənin açılışından məhz bu ziddiyyətlərə görə imtina edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG