Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:17

Sherlock Holmes haqda povest ilk dəfə Azərbaycan dilində


-

"Qanun" nəşriyyatı yeni çap etdiyi kitabda məşhur şotland yazıçısı Arthur Conan Doyle-un xəfiyyə Sherlock Holmes haqda yazdığı povest və hekayələr toplanıb.

...Nəcib insan, əsl centlmen mister Skott Eklz dostu Aloizius Qarsiyanın dəvəti ilə onun Visteriya-Locda yerləşən malikanəsinə qonaq gedir. Səhər yuxudan oyandıqda evdə ondan başqa heç kimin olmadığını görür.

Bir müddətdən sonra Qarsiyanın cəsədini evdən bir az aralıda tapırlar. Hadisədən sarsılmış mister Skott Eklz Şerlok Holmsu köməyə çağırır.

“Visteriya-Locda hadisə” XX əsrin əvvəllərində yazılıb və ilk dəfə 1907-ci ildə “Strend” jurnalında çap edilib. Povest azərbaycan dilində ilk dəfədir ki, nəşr olunur.

Klassik detektiv həvəskarları kitabda həmçinin “Bohemiyada qalmaqal”, “Kürənlər ittifaqı”, “Şəxsiyyətin müəyyən edilməsi”, “Boskom dərəsinin sirri”, “Beş portağal dənəsi “ adlı hekayələri də oxuya biləcəklər.

Tərcümə : Samir Bulut

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG