Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:32

İordaniyanın hərbi təyyarələri Suriyada İD-i bombardman ediblər


Kral Abdullah İD tərəfindən öldürülmüş pilotun atası Safi al-Kasaesbeh-ə təskinlik verir.

Kral Abdullah İD tərəfindən öldürülmüş pilotun atası Safi al-Kasaesbeh-ə təskinlik verir.

İordaniya hərbi hava qüvvələri ölkə pilotunun İD tərəfindən diri-diri yandırılmasının ardınca Suriyada İslam Dövləri təşkilatının mövqelərinə hava zərbələrinin endirilməsinə başlayıb.

Təyyarələr bombardmandan sonra İordaniya göylərində, pilot Mouath al-Kasaesbeh-in doğma şəhəri üzərində “qıy vurublar”.

İordaniya Müdafiə Nazirliyinin məlumatına görə ölkə qırıcıları Suriyada İslam Dövlətinin silah anbarlarına və təlim düşərgələrinə raket zərbələri endiriblər.

Reuters agentliyi təhlükəsizlik mənbələrindən öyrənib ki, İordaniya təyyarələri döyüş əməliyyatından qayıdarkən kral Abdullah edam edilmiş pilotun valideynlərinə baş çəkirdi.

Dövlət televiziyası uçuşdan əvvəl raketlərin üzərinə İslam Dövlətinə qarşı şüarların yazıldığını göstərib.

Televiziya daha sonra raket zərbələrini birbaşa translyasiya edib.

İordaniya qırıcılarını bu əməliyyatda ABŞ-ın kəşfiyyat təyyarəsi müşaiyət edib.

İordaniya kralı ordu komandanlarına İsam Dövlətinə qarşı əməliyyatların intensivləşdirilməsini əmr edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG