Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:49

-

İlk dəfədir ki, Azərbaycanda məhkəmə tərəfindən bəraət almış şəxs hökumətlə kompensasiya davası açır. Vəkil Ceyhun Osmanlı AzadlıqRadiosuna bildirib ki, müvəkkili Bayram Niyazov narkotik ittihamı ilə 18 ay həbsdə saxlanılandan sonra Gəncə Şəhər Məhkəməsi tərəfindən barəsində bəraət hökmü çıxarılıb.

Azadlığa çıxan keçmiş məhbus həbsdə saxlandığı müddətə görə daxili işlər nazirliyinə, nəqliyyatda baş polis idarəsinə və maliyyə nazirliyinə qarşı iddia qaldırıb. Fevralın 4-də 1 saylı İnzibati İqtisad Məhkəməsi tərəfindən iddiaya baxılıb və təmin olunmayıb. Vəkil isə prosesi davam etdircəyini deyir:

Adamı 18 ay Gəncə istintaq təcridxanasında saxlayıblar. İrəli sürdükləri narkotik ittihamını sübuta yetirə bilməyiblər. Adam da azad olunandan sonra öz haqqını tələb edir..

«Adamı 18 ay Gəncə istintaq təcridxanasında saxlayıblar. İrəli sürdükləri narkotik ittihamını sübuta yetirə bilməyiblər. Adam da azad olunandan sonra öz haqqını tələb edir. 1 saylı İnzibati İqtisad Məhkəməsi bəhanə gətirdi ki, guya bu iddiaya həmin məhkəmədə baxıla bilməz. Biz isə kompensasiya tələbimizi davam edəcəyik».

Bayram Niyazov 12.200 manat maddi, 50.000 manat mənəvi - cəmi 62.200 manat kompensasiya tələb edir.

Bayram Niyazova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülmüşdü ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsi və Gəncə stansiyası xətt polis şöbəsinin əməkdaşları ondan 3 kiloqram narkotik götürüb. Lakin Gəncə şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında ittiham sübuta yetirilməyib:

Vəkil:

«Məhkəmədə araşdırıldı ki, Bayram Niyazov uşaqlıqdan xəstə olub. Nizami və Kəpəz rayon məhkəmələrinə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə sorğular verdim. Məlum oldu ki, onun üzünə dayanan «hal şahidləri» həmin məhkəmələrdə eyni motivli çoxsaylı işlərdə də hal şahidi kimi dindiriliblər. 2011-2013-cü illər ərzində baxılan 27, məhkəmə istintaqı zamanı 2 cinayət işində hal şahidi olublar. Bir sözlə, ümumilikdə 29 cinayət işi üzrə hal şahidi olublar. Ekspertiza rəyindən məlum oldu ki, Bayram Niyazovda tapılan narkotik vasitənin tərkibi o adamların hal şahidliyi ilə digər axtarışlar zamanı «aşkar edilmiş» narkotik vasitələrin tərkibi ilə eynidir».

Bütün bunlarla bağlı vəkil topladığı materialları məhkəməyə təqdim edib və müdafiə etdiyi Bayram Niyazovun dəmir barmaqlıqlardan xilas olmasına nail olub.

30 yaşlı Bayram Niyazov Gürcüstan vətəndaşıdır.

Şərhləri göstər

XS
SM
MD
LG