Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

-

Prezident İlham Əliyev fevralın 4-də Vətəndaşlıq haqda qanuna əlavələrlə bağlı sərəncam imzalayıb. Həmin qanuna 15-ci - Azərbaycan Respublikası vətəndaşının andı adlı yeni maddə əlavə olunub.

AND İÇİRƏM: «BAŞQA XARİCİ DÖVLƏT QARŞISINDA ÖHDƏLİYİM YOXDUR»

Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər xarici dövlət qarşısında öhdəliklərinin olmaması, Azərbaycanın Konstitutsiyasına və qanunlarına tabe olub, Dövlətlə sədaqətlə xidmət edib, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa, adət-ənənələrə və mədəniyyətə hörmət edəcəyi ilə bağlı and içəcək.

And içmək Azərbaycan Bayrağı qarşısında Konsitutusiyaya əl basmaqla baş tututacaq.

And içən şəxs mətini imzalayır və sənəd icra hakimiyyəti orqanında saxlanılır.

ƏSAS MÜBAHİSƏLİ MƏQAMLAR DÜZƏLDİLİB

Müzəffər Baxış

Müzəffər Baxış

Vəkil Müzəffər Baxış qanuna bu əlavəni yerində və doğru addım sayır. Deyir ki, parlamentdə müzakirələr zamanı ən ciddi nöqsanlardan biri qanunda adət-ənənələrə və mədəniyyətə sadiq olmaqla bağlı hissəyə düzəliş edilib və hörmətlə yanaşılmaqla əvəzlənib.

Digər bir məsələ başqa xarici ölkə qarşısında öhdəliklərin olmaması ilə bağlıdır. Müzəffər Baxış deyir ki, bura başqa ölkə qarşısında vergi və digər öhdəliklərinin olmaması aiddir:

«Dövlət deyir ki, mənim vətəndaşlığımı qəbul edirsənsə ərazi bötüvlüyümü tanımalı, qanunlara əməl etməli, adət-ənənələrə və mədəniyyətə hörmətlə yanaşmalıdır. Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qanuna belə bir əlavə edilib».

2014-cu ildə Vətəndaşlıq Haqda qanuna daha bir əlavə və dəyişimlər edilmişdi. Həmin dəyişimlərdə ən çox mübahisə doğuran məqam başqa ölkənin vətəndaşlığını qəbul edənlərin Azərbaycan vətəndaşlığından çıxarılması ilə bağlı idi. Bu haqda AzadlıqRadiosu geniş yazı hazırlamışdı.

BİR İLDƏ 2 DƏFƏ DƏYİŞƏN QANUN

2014-cu ildə «Vətəndaşlıq haqqında» Qanunun 18-ci maddəsinə – Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi maddəsinə əlavə və dəyişikliklərdən bu hallar vətəndaşlığın itirilməsinə əsas yarada bilər:

1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG