Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Kerry: «ABŞ rus tanklarının Ukrayna sərhədini keçməsinə göz yuma bilməz»


Poroshenko və Kerry
Poroshenko və Kerry

-

“Rusiya Ukraynada qan tökülməsinin dayandırılmasına sadiq olduğunu nümayiş etdirməli,ordusunu qonşu ölkədən çıxarmalı və atəşkəs rejiminə əməl etmək üçün separatçılara təzyiq göstərməlidir”

Bunu ABŞ dövlət katibi John Kerri fevralın 5-də Kiyevdə Ukrayna prezidenti Petro Poroshenko ilə görüşdən sonra deyib.

O bildirib ki, Vaşinqton bu münaqişənin dic yolla həllinin tərəfdarıdır, amma Rusiya tanklarının Ukrayna sərhəddini keçməsinə göz yuma bilməz.

Dövlət katibi bir daha atəşi dayandırmağa və Minsk razılaşmasında nəzərdə tutulduğu kimi ağır silahları təmas xəttindən geri çəkməyə çağırıb.

Kerry bildirib ki,Moskva Ukrayna ilə Rusiya arasındakı beynəlxalq sərhəddə hörmətlə yanaşmalıdır.

Merkellə Hollande də Kiyevdədir.

Fransa prezidenti Francois Hollande və Almaniyanın kansleri Angela Merkel də Ukrayna böhranına görə Kiyevə gediblər

Fransa prezidenti Hollande bundan əvvəl Parisdə keçirdiyi mətbuat konfransında bildirib ki, onlar Petro Poroshenko ilə Vladimir Putinə yeni təklif verəcəklər.

Liderlər fevralın 5-də Kiyevdə, 6-da isə Moskavada olacaqlar.

Hollande qeyd edib ki, yeni təklif Ukraynanın ərazi bütövlüyünə əsaslanır.

NATO şərq cinahını gücləndirir.

“NATO-nun şərq cinahını gücləndirməsi Rusiyanın təcavüzkarlığına cavabıdır”.

Bunu təşkilatın baş katibi Jens Stoltenberq fevralın 5-də Brüsseldə müdafiə nazirlərinin görüşü ərəfəsində deyib.

O Moskvanı Ukraynanın şərqindəki separatçılara dəstəyi dayandırmağa çağırıb.

Stoltenberq hazırda Rusiya ilə demək olar ki, bütün əlaqələrin dayandırıldığını bildirib, amma siyasi dialoq üçün əlaqələrin qorunub saxlanacağını deyib.

Stoltenberq Rusiya-Gürcüstan münasibətlərindən də danışıb.

O fevralın 5-də NATO-Gürcüstan kimissiyasının Brüsseldə keçirilən iclasında deyib ki, Gürcüstan münasibətlərin normallaşması ilə bağlı Cenevrə danışıqlarında yaxından iştirak edir, amma Moskva əfsus ki bunun əksini edir.

O buna misal kimi Rusiyanın Gürcüstanın separatçı bölgəsi Abxaziya ilə strateji əməkdaşlıq müqaviləsi imzalamasını göstərib.

Qeyd edək ki, bura birgə hərbi məkan yaradılması və birgə hərbi nəzarət də daxildir.

Stoltenberq qeyd edib ki, Moskva indi də digər separatçı bölgə Cənubi Osetiya ilə də belə bir müqavilə imzalamağa hazırlaşır və bu cür addımlar Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhtəliklərin pozulması deməkdir.

Stoltenberg deyib ki, bu cür addımlar beynəlxalq pinsiplərə ziddir və Rusiyanın ətraf regionda pozucu davranışının tərkib hissəsidir.

“Biz bunu Moldovada görmüşük, indi isə Ukrayna, Krımın ilhaq edilməsi və Ukraynanın şərqində görürük.

NATO-nun komandan mıərkəzləri qurmaq istədiyi Baltik ölkələri, Polşa, Rumınya və Bolqarıstana gəldikdə isə Stoltenberq qeyd edib ki, hazırda bu ölkələrə qarşı konkret təhlükə yoxdur.

Amma NATO-nun şərq cinahını gücləndirməsi Rusiyanın təcavüzkarlığına cavabdır.

Avropa Birliyi Rusiyaya qasrşı sanksiyaları genişləndirir.

Avropa Birliyi ölkələri 5 Rusiya vətəndaşı və 9 təşkilat da daxil olmaqla daha 19 nəfərə qarşı sanksiyalar tətbiq etmək razılığına gəliblər.

Bu barədə Qəeb agentlikləri diplomatik mənbələrə istinadla xəbər verirlər.

Hələlik onların adları açıqlanmayıb.

Amma Reuters agentliyi diplomatlara istinadla onların arasında yüksək səlahiyyətli və ya tanınmış şəxslər olmadığını xəbər verir.

Sənədin Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin fevralın 9-da Brüsseldə keçiriləcək görüşündə təsdiqi gözlənilir.

Birliyin xarici işlər nazirləri yanvarın 29-da Ukrayna böhranına görə Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəliblər.

ABŞ və Avropa Birliyi Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyanı, Moskva isə Kiyevlə Qərbi günahlandırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG