Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:31

Kerry:"ABŞ Rusiya tanklarının Ukrayna sərhəddini pozmasına göz yuma bilməz"


Petro Poreshenko və John Kerry

Petro Poreshenko və John Kerry

“Rusiya Ukraynada qan tökülməsinin dayandırılmasına sadiq olduğunu nümayiş etdirməli ,ordusunu qonşu ölkədən çıxarmalı və atəşkəs rejiminə əməl etmək üçün separatçılara təzyiq göstərməlidir”

Bunu ABŞ dövlət katibi John Kerri fevralın 5-də Kiyevə səfəri zamanı deyib.

O bildirib ki, Vaşinqton bu münaqişənin dic yolla həllinin tərəfdarıdır, amma Rusiya tanklarının Ukrayna sərhəddini keçməsinə göz yuma bilməz.

Kerrybunları fevralın 5-də Kiyevdə Ukrayna prezidenti Petro Poroshenko ilə görüşdən sonra deyib.

Dövlət katibi bir daha atəşi dayandırmağa və Minsk razılaşmasında nəzərdə tutulduğu kimi ağır silahları təmas xəttindən geri çəkməyə çağırıb.

Kerry bildirib ki,Moskva Ukrayna ilə Rusiya arasındakı beynəlxalq sərhəddə hörmətlə yanaşmalıdır.

Dövlət katibi qeyd edib ki, bu münaqişənin həlli və Rusiyanın beynəlxalq təcrid vəziyyətindən çıxmasında yeganə yoldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG