Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:06

Stoltenberg Rusiyanın Ukrayna və Gürcüstanla davranışını ittiham edib


Jens Stoltenberg
Jens Stoltenberg

“Gürcüstan Cenevrə danışıqlarında yaxından iştirak edir. Amma təəssüf ki, Rusiya bunun əksini edir. Biz Rusiyanın Gürcüstanla bağlı hərəkətlərini ittiham edirik, xüsusilə də bu günlərdə Gürcüstanın separatçı bölgəsi Abxaziya ilə strateji tərəfdaşlıq müqaviləsi imzalamasını”.

Bunu NATO-nun baş katibi Jens Stoltenberq fevralın 5-də NATO-Gürcüstan kimissiyasının Brüsseldə keçirilən iclasında deyib.

O qeyd edib ki, Rusiya Gürcüstanın digər separatçı bölgəsi Cənubi Osetiya ilə də belə bir müqavilə imzalamağa hazırlaşır və bu cür addımlar Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhtəliklərin pozulması deməkdir.

Stoltenberg qeyd edib ki, bu cür addımlar beynəlxalq pinsiplərə ziddir və Rusiyanın ətraf regiondakı pozucu davranışının tərkib hissəsidir.

Stoltenberq bildirib ki, biz bunu Moldovada görmüşük, indi isə Ukraynada, Krımda və Ukraynanın şərqində görürük.

NATO-nun komandan mıərkəzləri qurmaq istədiyi Baltik ölkələri, Polşa, Rumınya və Bolqarıstana gəldikdə isə Stoltenberq qeyd edib ki, hazırda bu ölkələrə qarşı konkrettəhlükə yoxdur.

Amma NATO-nun şərq cinahını gücləndirməsi Rusiyanın təcavüzkarlığına cavabdır.

XS
SM
MD
LG