Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:07

Tərtərdə etiraz aksiyası keçirilib


-

Fevralın 4-də 150 nəfərə yaxın Ağdamın köçürülən Şotlanı kənd sakinləri Tərtər Rayon Polis Şöbəsinin qarşısında aksiya keçirib. Aksiyaya səbəb 32 yaşlı kənd sakini Səbuhi Dünyamalıyevin polis şöbəsində ölümü olub.

Bu haqda AzadlıqRadiosuna məlumat verən kənd sakinlərinin sözlərinə görə, onlar həmkəndlilərinin işgəncə ilə öldürüldüyünü ehtimal edirlər. Onlar deyir ki, şöbənin qarşısına toplaşmaqdla Səbuhi Dünyamalıyevi öldürənlərin üzə çıxarılıb cəzalanmasını tələb ediblər. Polisdən onlara bildirilib ki, mərhum işgəncə nəticəsində ölməyib, özünü asarq intihar edib.

Mərhumun bacısı Süsən Dünyamalıyeva “anspress”ə açıqlamasında işgəncə nəticəsində qardaşının qara ciyərinin parçalandığını deyib: “Döymüşdülər, qara ciyərini partlatmışdılar. Dərman aldıq verdik. Bura təcili yardım çağırıldı. Gəncəyə apardılar. Gəncədən qaytardıqları bir saat deyil, öldü. Görüblər vəziyyəti ağırdı, yalandan ”özünü asıb" dedilər".

POLİS AÇIQLAMA VERİR...

«Tərtərdə vəziyyət tam nəzarətdədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir. Rayonda tam sakitlikdir». Bunu APA-ya açıqlamasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov deyib. R. Məcidov rayonda «iğtişaş baş verməsi» barədə yazılanların həqiqəti əks etdirmədiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG