Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52

-

Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli filmin istehsalı başa çatmaq üzrədir.

Filmi «Salnamə» sənədli filmlər studiyası və Sankt-Peterburqun «Lennauçfilm» kinostudiyası çəkib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun sifarişi ilə gerçəkləşdirilən filmin çəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılıb.

Filmin ssenari müəllifi və rejissoru Valentina Gurkalenko-dur.

Sənədli filmdə arxiv materiallarından geniş istifadə olunub.

Bolşeviklər sovet hakimiyyətini qəbul etməyən Hüseyn xan Naxçıvanskini güllələyiblər. Bu tanınmış generala həsr edilən filmdə çəkilişsonrası tamamlama işləri gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG