Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:00

Salyanda evi sökülən sakinlər yolu bağladı


Arxiv fotosu
Arxiv fotosu

-

Fevralın 4-də axşam saatlarında Salyanda etiraz aksiyası keçirilib. 200-dən çox yerli sakin etiraz əlaməti olaraq Bakı-Astara magistral yolunu bağlayıb.

Bu haqda AzadlıqRadiosuna aksiyaçılar məlumat verib.

Aksiyaya səbəb rayonun Əlövsət Quliyev küçəsindəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi olub. Aksiyaçılar deyir ki, bir müddətdir ki, rayonun icra hakimiyyəti minlərlə sakinin yaşadığı ərazidə qanunsuz tikililərin söküntüsü adı altında sənədli və sənədsiz tikililərin söküntüsünə başlayıb.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən aksiyaçının sözlərinə görə, sakinlər bu vaxta kimi yaşayış tikililərinin sökülməsinə imkan verməyib. O deyir ki, əraziyə ağır texnika gətiriləndən sonra yolu bağlamağa qərar veriblər:

«BİZ HARADA YAŞAMALIYIQ?»​

«Öncə binaların həyətindəki şəxsi qarajları sökməyə başladılar. Deyirdilər ki, guya park salınacaq. Sonra başladılar ki, binaların artırmaları sökülməlidir. Bizim ev 2 otaqlıdır, iki ailə yaşayır. Məcbur olub balkonda artırma eləmişik. Pul verib buna görə sənəd də almışıq. İndi deyirlər söküləcək. Biz harada yaşamalıyıq? Binanın qazı yox, suyu normal gəlmir, kanalizasiya işləmir. Bəzən kanalizasiya suyu qarışır içməli suya camaat içir onu. Bu cür şərtlərlə yaşayırıq, indiyə kimi gəlib maraqlanan yoxdur. Ancaq, nəyisə sökmək, dağıtmaq lazım olanda dərhal gəlirlər. Bütün bu problemlərə görə yolu bağladıq. İcra hakimiyyətindən gəldilər, bir saata yaxın danışıqdan sonra söz verdilər ki, başçı bizi qəbul edəcək və problemlə maraqlanacaq. Bundan sonra yolu açdıq».

İCRA HAKİMİYYƏTİ SAKİNLƏRƏ CAVAB VERİR...

Salyan rayon icra hakimiyyətindən AzadlıqRadiosuna bildirdilər ki, fevralın 5-də icra başçısı Tahir Kərimov yaşayış massivində sakinlərlə görüşüb və söküntü ilə bağlı kompromis əldə olunub. İcra başçısının müavini Rəşad Cəbrayılov deyir ki, başçı hüquq-mühafizə orqanı əməkdaşları ilə birlikdə sakinlərlə görüşüb:

«İcra başçısı səhər sakinlərlə görüşüb. Sakinlər özləri də etiraf edir ki, qanunsuz tikililər hamısı sənədsizdilər. Bəzi ailələrdə üzvlərin sayı artdığından binaların balkonlarına əlavələr edilib. Biz qərara gəldik ki, sakinləri nəzərə alaq. Rayonun yanğından mühafizə idarəsinin nümayəndəsinin verdiyi tövsiyə əsasında yaşayış binasındanda 10 metr məsafəyədək tikililər yerində qalacaq. 10 metr uzunluğundan artıq olan tikililər söküləcək. Bir məsələni də bildirim ki, dünən mətbuatda yayılmışdı ki, guya 500 nəfər sakin yolu bağlayıb. Əslində isə bu say bir neçə dəfə şişirdilib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG