Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:53

-

Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində müsvatçı fəal Sirac Kərimlinin cinayət işi ilə bağlı hazırlıq iclası keçirilib. Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, iclasad məhkəməyə təqdim olunan vəsatətlər qəbul edilməyib:

“İlk vəsatət həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı idi. İkinci vəsatət isə baxış və götürülmə protokolunun sübutlar siyahısından çıxarılması idi. Çünki, bu protokol tərtib olunarkən qanunsuzluğa yol verilmişdi. Vəsatətlərin heç biri təmin olunmadı”.

Məhkəmə baxışı fevralın 12-nə təyin edilib.

Sirac Kərimli keçən ilin iyulunda həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı əsassız sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG