Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

Fevralın 3 və 4-də Azərbaycanda güclü maqnit qasırğası olub


Foto arxiv
Foto arxiv

Fevralda yer kürəsi, o cümlədən Azərbaycanda güclü və uzunmüddətli maqnit qasırğası qeydə alınıb.

Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Namiq Cəlilovun APA-ya verdiyi məlumata görə,maqnit qasırğası Azərbaycanda fevralın 2-si və fevralın 3-ü səhər saatlarına kimi qeydə alıbnıb.

Fevralın 3-də saat 14:30-dan sonra qasırğa zəifləyib və sönməyə başlayıb.

Namiq Cəlilov bildirib ki, hazırda günəşdə tam sakitlikdir və proqnozlar təmizdir.

Onun sözlərinə görə, maqnit qasırğaları adətən 3-4 saat davam edir.

Amma bu dəfə 1 sutka sürüb və son illərdə ən uzun və güclü qasırğa hesab olunur.

Namiq Cəlilov deyir ki, maqnit qasırğaları adətən günəşdə baş verən partlayışlar nəticəsində yaranır, amma bu dəfə tac dəlikdən axan güclü plazma nəticəsində olub.

Şöbə müdiri qeyd edib ki, insanlar maqnit qasırğasını çox uzun olanda hiss edir və insanlar fevralın 2-3-də baş verən qasırğa1 sutka davam etdiyindən insanlara təsir edib.

Belə olanda gün ərzində insanlarda baş ağrısı, ürək bulanması və ürək-damar sistemində problemlər baş verir.

XS
SM
MD
LG