Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:31

İlham Şaban: «Azərbaycan barrelə bir dollar itirsə, bu, günə 700 min dollar edir»


İlham Şaban

İlham Şaban

-

Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın dövlət büdcəsinə yenidən baxmasına səbəb ola bilər.

Bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

O, «Amerikanın Səsi»nə müsahibəsində deyib ki, bu il üçün neftin büdcədə orta ixrac qiyməti 90 dollar hesablanıb. 2015-ci ildə neftin orta qiyməti 60 dollardan çox olmayacaq, çünki ilin birinci ayı 50 dollardan aşağı olub:

«Qiymət 60 dollar olduğu təqdirdə neft sektorundan ancaq vergilərdən büdcəyə daxilolmalar 600 milyon manatdan (2014-cü ildə neft sektorunun vergi öhdəliyi 2.3 milyard manat olub) aşağı olacaq.

Dövlət Neft Fondu isə 2014-cü illə müqayisədə təqribən 5.5 milyard dollaradək (2014-cü ildə Neft Fondunun gəlirləri 15 milyard dollara yaxın olub) proqnozdan aşağı gəlir götürəcək».

Ümumiyyətlə, Azərbaycan yanvarda təqribən orta hesabla sutkada 700 min barel neft ixrac edib. Buna gündəlik baxsaq, - hər gün qiymətlər bir-iki dollar dəyişir, - hər gün bir dollar itirdikdə 700 min dollar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG