Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:14

Silahlı Qüvvələrin irimiqyaslı təlimlərinin əsas mərhələsi keçirilib


Hərbi təlimlər - 4 fevral 2014
Hərbi təlimlər - 4 fevral 2014

-

Fevralın 4-də Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərinin döyüş atışları icra olunmaqla əsas mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən birləşmə və hərbi hissələrin ön dəstələri əvvəlcədən hazırlanmamış ərazidə «düşmən»ə atəşlə tələfat verərək, onunla bilavasitə təmas vəziyyətindən hücum əməliyyatları yerinə yetiriblər.

Təlim poliqonunda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

15 min hərbçinin iştirakı ilə təlimlər fevralın 2-də başlayıb.

XS
SM
MD
LG