Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:55

"NATO Rusiya təcavüzünə cavab verir"


Jens Stoltenberg
Jens Stoltenberg

-

Rusiya ilə "bütün növ praktik əməkdaşlıq" dayandırılıb. Bunu NATO-nun Baş katibi Jens Stoltenberg deyir. O, Rusiya xarici işlər naziri Lavrovla Münxen təhlükəsizlik konfransında gözlənən görüşü "dialoq kanallarını" açıq saxlamaq cəhdi adlandırıb.

Jens Stoltenberg Rusiyanı çağırıb ki, "bütün təsir gücündən" istifadə edib Ukraynanın şərqindəki separatçıların sentyabr atəşkəs sazişinə əməl etməsinə nail olsun.

NATO baş katibinin sözlərinə görə, alyansın şərq cinahının gücləndirilməsi Rusiyanın "təcavüzkar hərəkətlərinə" müdafiə cavabıdır.

Cümə axşamı Brüsseldə görüşən NATO müdafiə nazirləri alyansın yeni təhlükələrə hazırlığı məsələsini müzakirə edirlər. Stoltenberg bu görüşdən əvvəl danışıb.

XS
SM
MD
LG