Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:00

Tayvanda təyyarə qəzasında ölənlərin sayı 31 oldu


Təyyarənin korpusu çaydan çıxarılır

Təyyarənin korpusu çaydan çıxarılır

-

Fevralın 4-də Tayvanın paytaxtı Taypey yaxınlığında qəzaya uğramış təyyarədə ölənlərin sayı 31-ə çatıb. Hadisə yerində xilasetmə işləri davam edir.

Rəsmilər 15 nəfərin xilas olunduğunu bildirir, onlardan biri uşaqdır.

12 nəfər hələ də axtarılır.

Təyyarədə cəmi 58 sərnişin vardı. Taypey yaxınlığında aeroportdan qalxan təyyarə çaya düşmüşdü.

Son bir ildə ikinci dəfədir ki, həmin aviaşirkətin Fransa-İtaliya istehsalı olan ATR 72 təyyarəsi qəzaya uğrayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG