Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

ABŞ deyir ki, Savchenko-nun həyatı "tükdən asılıdır"


Nadia Savchenko məhkəmədə

Nadia Savchenko məhkəmədə

-

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyir ki, ukraynalı pilot Nadia Savchenko-nun həyatı "tükdən asılıdır". Savchenko 54 gündür Rusiyada həbsxanada aclıq aksiyası keçirir.

Psaki pilotu "Rusiya hakimiyyətinin girovu" adlandırıb və deyib ki, Vaşinqton onun dərhal azadlığa buraxılmasını tələb edir, Rusiya sentyabrda Minskdə imzalanmış razılaşma çərçivəsində öhdəliklərinə əməl etməlidir.

Moskva məhkəməsi fevralın 4-də elan edib ki, fevralın 10-da Savchenko-nun həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxacaq. Rusiya Təhqiqat Komitəsi həbsin mayın 13-dək uzadılmasını istəyib.

Savchenko Rusiya hakimiyyəti tərəfindən həbsinə etiraz olaraq dekabrın 13-də aclıq aksiyasına başlayıb. O, yanvarın 29-da Moskvanın Matrosskaya Tishina ("Матросская тишина") təcridxanasındakı xəstəxanaya köçürülüb. Tibb işçiləri "çəkisinin kəskin azaldığını" deyirlər.

Çərşənbə günü bacısı Vera Savchenko ona baş çəkib. O, bacısının "ruh yüksəkliyini" saxladığını bildirib.

Savchenko ötən ilin iyununda Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən saxlanıb, iki rusiyalı jurnalistin ölümündə əli olmaqda ittiham olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG