Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:29

"Gürcüstandakı təlim mərkəzi Rusiyaya qarşı yönəlməyib"


Gürcüstan prezidenti Giorg Margvelashvili və NATO baş katibinin müavini Alexander Tbilisidə mətbuat konfransında

Gürcüstan prezidenti Giorg Margvelashvili və NATO baş katibinin müavini Alexander Tbilisidə mətbuat konfransında

-

NATO-nun yüksək rütbəli rəsmisi deyir ki, Gürcüstanda qurulacaq birgə təlim mərkəzi Rusiyaya qarşı yönəlməyib.

NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi təmsilçisi James Appathurai bunu AzadlıqRadiosuna müsahibəsində söyləyib.

Appathurai-ın sözlərinə görə, təlim mərkəzinin "regional təhlükəsizliklə heç bir bağlılığı yoxdur" və orada yalnız təlim keçiriləcək.

Gürcüstanın Rusiya ilə 2008-ci ildə 5 günlük müharibəsinin kökündə onun NATO niyyətləri dururdu.

Yanvarın sonunda NATO baş katibinin müavini Alexander Vershbow Gürcüstana səfər edib, təlim mərkəzi üçün yerlərə baxıb.

Baş nazir Irakli Garibashvili ilə görüşdən sonra Vershbow deyib ki, Gürcüstan və NATO "təlim mərkəzinin qurulmasında və ilin sonunadək işə başlamasında qərarlıdır".

Onun sözlərinə görə, mərkəz "Gürcüstana təhlükəsizlik və müdafiə sektorunda islahat aparmasına, modernləşdirməsinə və gücləndirməsinə kömək edəcək, həmçinin digər NATO müttəfiqləri üçün açıq olacaq".


Günün bütün mövzuları

XS
SM
MD
LG