Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:31

Kerry Poroshenko ilə görüşür


Donetskdə xəstəxanaya hücumdan sonra
Donetskdə xəstəxanaya hücumdan sonra

-

Fevralın 5-də ABŞ dövlət katibi John Kerry Ukrayna prezidenti Petro Poroshenko ilə danışıqlar aparacaq. Bu arada məlumatlar yayılıb ki, Vaşinqtonun Ukraynaya silah verməmək siyasətini dəyişdirməsinə çox az qalıb.

İndiyədək Vaşinqton Ukraynaya yalnız qeyri-döyüş yardımı göstərib. Barack Obamanın Pentaqon rəhbərliyində görmək istədiyi şəxs Kiyevə döyüş silahlarının verilməsinə tərəfdar olduğunu deyib. Ashton Carter-in fevralın 4-də Senatın Silahlı Xidmətlər Komitəsində danışıb.

Poroshenko ölkəsinin separatçılara qarşı əməliyyatlarda döyüş silahlarına ciddi ehtiyacı olduğunu vurğulayır.

Ukraynanın şərqində rusiyapərəst yaraqlılarla münaqişədə 5.300 nəfər həlak olub. Fevralın 4-də Donetskdə xəstəxanaya mərmi düşüb, azı 5 nəfər ölüb.

XS
SM
MD
LG