Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

«Əl-Qaidə» üzvü Səudiyyə kral ailəsinin 11 Sentyabr hücumlarını maliyyələşdirdiyini iddia edir


Zacarias Moussaoui.
Zacarias Moussaoui.

-

Əl-Qaeda qəsdçilərindən Zacarias Moussaoui iddia edib ki, ABŞ-da 11 sentybar terror hücumlarını Səudiyyənin kral ailəsi üzvləri maliyyələşdiriblər.

Bu iddianı hücumlarda iştirakına görə hazırda Kolorado həbsxanasında olan Moussaoui Səudiyyə Ərəbistanını məhkəməyə vermiş 11 sentyabr qurbanlarının vəkilinə bildirib.

“Divanə kriminal”

Bu ifadə bu həftə Səudiyyənin iddiaların rədd edilməsi üçün məhkəməyə müraciətinə baxılarkən üzə çıxıb.

Səudiyyə Ərəbistanı, onun təbirincə deyilsə, “bu divanə kriminal”ın ittihamlarını rədd edib.

Səudiyyə hökuməti özünə qarşı iddialara dair məhkəmə işini dayandırmağa çalışıb.

“Son dərəcə məşhur səudlar”

“Supersərt” rejimli həbsxanada ifadə verən Moussaoui deyib ki, Səudiyyənin keçmiş kəşfiyyat rəhbəri şahzadə Turki al-Faisal Al Saud da daxil olmaqla, “son dərəcə məşhur” Səudiyyə rəsmiləri əl-Qaedanı 1990-cı illərin sonlarından maliyyələşdirirmişlər.

O həmçinin bildirib ki, Əfqanıstandakı Amerika səfirliyində çalışan Səudiyyə rəsmisi ilə görüşüb.

Moussaoui-nin dediyinə görə, sonra həmin rəsmi ilə birlikdə prezident təyyarəsi “Air Force One”a raket zərbəsi endirmək məqsədilə münasib yer tapmaq üçün Vaşiqntona yollanlanmalıymış.

Onun and altında verilmiş ifadəsinin xalisliyi təsdiq olunmayıb.

“Möhtəşəm terror əməliyyatı”

Moussaoui-nin özü 11 sentyabr basqınınından bir həftə əvvəl mühacirət qaydalarını pozduğuna görə həbs edilib və hücumlar baş verən zaman həbsxanada olub.

O əl-Qaedadan alınan pulla Minnesotada təyyarə sürmək dərsləri alıb.

Onun barəsində hökm çıxarmış məhkəmədə Moussaoui deyib ki, o, Boeing 747 təyyarəsini Ağ Evin üstünə sürməli olan möhtəşəm əməliyyatda iştirak etməliymiş.

11 sentyabr qurbanları iddia edirlər ki, Səudiyyə Ərəbistanı və hökumətə bağlı xeyriyyə təşkilatı əl-Qaedaya hücumu həyata keçirmək üçün lazım olmuş maddi və başqa yardımı bilərəkdən təmin ediblər.

İddiaçıların arasındahücum zamanı həlak olmuş 3000 nəfərin ailə üzvləri, habelə uçmuş binalar və məhv edilmiş biznesləri sığorta edən şirkətlər var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG