Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:21

Səməd Seyidov ABŞ-da “insan haqları kimi az əhəmiyyətli məsələlər”dən danışıb


O deyib ki, "insan haqlarına aid daha az əhəmiyyətli məsələlər Azərbaycanın Avropa və Birləşmiş Ştatlarla daha yaxın münasibətlər qurmaq səylərinə ziyan vurur".

Azərbaycanın bir sıra xəbər agentlikləri “The Washington Times” qəzetinin “Xəzər hövzəsində geosiyasətə və ABŞ-Azərbaycan münasibətlərinə” həsr olunmuş tədbiri barədə məlumat yayıblar.

Trend agentliyi Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən xəbər verib ki, tədbir Amerika Konqresinin Vaşinqtondakı "Capitol Hill" klubunda keçirilib.

Tədbirə sədrliyi qəzetin redaktoru John Solomon edib.

Bu görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun, Azərbaycan parlamentinin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidovun və millət vəkili Asim Mollazadənin çıxış etdikləri bildirilir.

“Dinamik əlaqələr”

Azəbaycan səfiri “son 20 ildə Bakı-Vaşinqton arasında mövcud olan dinamik əlaqlərdən”, xüsusən də enerji sahəsindəki əməkdaşlıqdan söz açıb.

Səfir qarşılıqlı münasibətlərin inkişafı və böyük dəstək üçün Birləşmiş Ştatlara təşəkkürünü bildirib.

O deyib ki, iki ölkə arasında əməkdaşlıq yalnız energetika sahəsini əhatə etmir.

Elin Süleymanov Azərbaycan Hava Yolları və Boeing şirkətləri arasındakı əməkdaşlığı, ABŞ-da hazırlanmış ilk Azərbaycan peykinin orbitə buraxılmasını misal göstərib.

Səfir həmçinin Dağlıq Qarabağ münaqişəsinin çözümündə ABŞ-ın diplomatik səylərini təqdir edib.

Azərbaycan-Qərb münasibətlərinə tənqid mane olur

Səməd Seryidov öz çıxışında deyib ki, Azərbaycan-ABŞ münasibətləri regionun gələcəyi üçün mühüm əhəmiyyətə malikdir.

O deyib ki, “bu münasibətlər bəzən insan haqlarına aid daha az əhəmiyyətli məsələlərdən təsirlənir və Azərbaycanın Avropa və Birləşmiş Ştatlarla daha yaxın münasibətlər qurmaq səylərinə ziyan vurur”.

Asim Mollazadə Azərbaycanın hərbi kontingentinin Əfqanıstandakı xidmətindən, Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açıb.

Tədbirin sonunda natiqlər iştirakçıların suallarını cavablandırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG