Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:01

ABŞ-ın müdafiə naziri olmağa namizəd Ukraynanın silahlandırılmasına tərəfdardır


ABŞ müdafiə naziri vəzifəsinə namizəd Ashton Carter
ABŞ müdafiə naziri vəzifəsinə namizəd Ashton Carter

ABŞ-ın müdafiə naziri vəzifəsinə namizədliyi verilmiş təcrübəli Pentaqon rəsmisi Ashton Carter senatorlar qarşısında çıxışında deyib ki, o, böyük bir ehtimalla Rusiya yönlü separatçılarla döyüşən Ukraynaya silah verilməsinə tərəfdar olacaq.

Senatın Silahlı Xidmətlər Komitəsinin qarşısında çıxış edən Carter deyib ki, o, ABŞ-ın Ukraynaya hərbi dəstəyinin artırılması mövqeyinə müyllidir.

İndiyə qədər Ağ Ev Ukraynaya döyüş silahları və avadanlığının verilməsi məsələsində tərərddüd edirdi.

Cənab Carter çərşənbə günü keçirilən dinləmədə əhəmiyyətli tənqidlə üzləşməyib və belə görünür ki, müdafiə naziri vəzifəsinə namizədliyinə xeyir-dua ala biləcək.

“The Wall Street Journal” qəzeti yazır ki, Ukrayna cənab Carter-in nazir kimi üzləşdiyi ilk çətin məsələ olacaq.

Hazırda administrasiya Ukraynaya “Javelin” tank əleyhinə raketlərinin verilməsi məsələsini müzakirə edir.

Qəzet yazır ki, Pentaqon bu ideyanı çoxdan dəstəkləyir.

Xəbər verilir ki, saatlarla davam edən dinləmədə Carter mövqeyinin prezident Obama ilə nədəsə fərqli olduğunu göstərən heç nə deməyib.

XS
SM
MD
LG