Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

Rusiya nüvə fizikini xəyanətdə ittiham edir


Rusiyanın nüvə alimlərindən Vladimir Golubev dövlət sirrini açmaqda ittiham edilir.

İnterfax agentliyi xəbər verir ki, Golubevi partladıcı maddələr barədə təhqiqatın nəticələri haqqında məlumatı 2013-cü ildə Çexiyada etdiyi çıxışına daxil etməkdə və elmi jurnalda dərc etməkdəgünahlandırırlar.

Alimin vəkili bildirib ki, onun mənzilində axtarış aparılıb.

Vladimir Golubev Çexiyadan qayıtdıqdan dərhal sonra həbs olunub.

Vəkil israr edir ki, Golubevin Çexiyadakı çıxışında sözü gedən tədqiqatların nəticələri artıq xeyli əvvəl elmi jurnallarda dərc olunub.

Müxbirlər xəbər verirlər ki, Rusiyada 2012-ci ildə dövlət xəyanəti barədə qanuna edilmiş düzəlişlərdən sonra “vətən xainlərinin” sayı xeyli artıb.

Onlar deyirlər ki, qanuna edilmiş düzəlişlər praktik olaraq istənilən rusiyalını məsuliyyətə cəlb etmək imkanı verir.

Beləki, “vətənə xəyanət”ə təkcə casusluq yox, həm də xarici təşkilatlara maliyyə dəstəyinin göstərilməsi daxildir.

Bu qanundan başqa Rusiyanın Cinayət Məcəlləsinə dövlət sirləri barədə ayrıca maddə daxil edilib.

Bu maddə hər hansı bir şəxsi casusluq niyyəti olmadan belə gizli məlumatları toplamaq üstündə məsuliyyətə cəlb etmək imkanı yaradır.

Məhz bu maddəyə görə nüvə fiziki Golubev 4 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG